Xalq artisti danışa bilmir
Xalq artisti özü haqqında çox danışa bilməsə də, zəif səslə səhhətinin hələki normal olduğunu deyib.
“Pis deyiləm. Hazırda özümü normal hiss edirəm.Hələ Bakıdayam. İndi həyətdə oturub hava qəbul edirəm. Mənə daha sual verməyin, danışa bilmirəm”-deyə R. Əzizbəyli bildirib.
Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdən sonra aktyor evə buraxıldı. Hazırda ev şəraitində müalicə alır.
Şahanə RƏHİMLİ
Teqlər: