“3 aydan bir müayinədən keçirəm” – Rəsulzadənin nəvəsi
R. Rəsulzadə bildirib ki, hər 3 aydan bir Bakıda müayinə olunur:
“Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Hələki sağlamlığım yerindədir, 3 aydan bir müayinədən keçirəm. Bu həftənin 5-ci günü müayinə üçün yenə həkimə gedəcəm. Universitetdəki işimdən də qalmıram. Səhhətim gedib -gəlməyə imkan verir” –deyə R. Rəsulzadə qeyd edib .
Xatırladaq ki, ağır xəsətlikdən əziyyət çəkən Rəis Rəsulzadə iyul ayında prezident İlham Əliyevin göstərişi ilə əməliyyat olunmaq üçün Almaniyanın “Şarite” hospitalına göndərilmişdi.
Şəhanə Rəhimli
Teqlər: