Rus gəmiləri Azərbaycana gəlir

Rus gəmiləri Azərbaycana gəlir
  13 Oktyabr 2014    Oxunub:2337
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi ölkəmizə səfər edəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır.

Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər oktyabrın 19-dək davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti