Gəncədə 7 "avtoş" həbs edildi

Gəncədə 7 "avtoş" həbs edildi
  11 Oktyabr 2014    Oxunub:4148
Gəncədə avtoxuliqanlıq edən sürücülərə qarşı ciddi tədbirlər görülür. Təkcə son bir həftə ərzində 7 sürücü avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada həbs edilib.
Azvsion.az Kəpəz TV-yə istinadən məlumat verir ki, gün ərzində şəhərin müxtəlif küçə və prospektlərində "avtoşluq" edərək özlərinin və digərlərinin həyatlarını təhlükə altına atan sürcülərə qarşı Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən sərt tədbirlər görülür. İdarənin əməkdaşları son bir həftə ərzində bu kimi hallara yol verən onlarla sürücü saxlayıb ki, həmin sürücülərin də bir neçəsi 3 gündən 20 günədək müddətə həbs olunub.
İdarə rəisi Rəhim Zalov bildirib ki, son həftə ərzində Gəncə şəhərinin inzibati ərazisində 7 nəfər avtoxuliqanlıq hərəkətləri edən sürücü DYP əməkdaşları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə tədbirlər görülməsi üçün rayon məhkəmələrinə göndərilib: "Hər bir sürücü barəsində müxtəlif müddətlərə sürücülük hüququndan məhrum olunaraq, inzibati həbs qərarı verilib".

İdarədən bildirilib ki, bundan sonra da mütəmadi olaraq avtoxuliqanlıq edərək insanların rahatlığını pozan, etdikləri hərəkətlərlə yollarda digər sürücülərə təhlükə yaradan, özbaşınalıq edən sürücülərə qarşı DYP tərəfindən ən sərt tədbirlər görüləcək.


Teqlər:





Xəbər lenti