Bakıdakı partlayışın təfərrüatları - 1 ölü, 8 yaralı

  09 Oktyabr 2014    Oxunub : 1227
Bakıdakı partlayışın təfərrüatları - 1 ölü, 8 yaralı
Daxili İşlər Nazirliyi (DİN) Bakıda marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilmiş soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib.

Orada işləyənlərdən - Quba rayon sakini Etiram Əmrahov hadisə yerində ölüb, xəsarət almış Ağsu rayon sakinləri Əfşan Heydərova, Qəhrəman Ədilov, Şəki şəhər sakini Rahim Babayev, Ucar rayon sakini Rüfət Eminov, Tərtər rayon sakini Pərişan Məcidzadə, Bakı şəhər sakinləri Azər Məmmədov, Kənan Namazzadə və Cəmilə Ramazanova xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanmış Sumqayıt şəhər sakini Əsgər Abdullayevə məxsus “KİA”, Bakı şəhər sakinləri Ramin Həşimova və Afiq Əliyevə məxsus “Mercedes” markalı avtomobillərə qismən ziyan dəymiş, habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

AzVision.az

Teqlər: