Siyavuş Novruzov müxalifətin mitinqini ələ saldı

Siyavuş Novruzov müxalifətin mitinqini ələ saldı
  09 Oktyabr 2014    Oxunub:2204
“Milli Şura mitinq keçirmir, bu, bir dərnəyin toplantısıdır”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın oktyabrın 12-ə təyin olunan mitinqindən danışarkən deyib.

“Xaricdən aldıqları maliyyə dəstəyi və tapşırıq əsasında piket keçirmək istəyirlər. Onların elə tərəfdarı yoxdur ki, mitinq keçirsinlər. Qanunvericiliyə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti onlara müvafiq yer ayırıb, gedib keçirsinlər” – deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, Milli Şura sonuncu sessiyasında oktyabrın 12-i Məhsul stadionunda mitinq keçirməyə qərar verib. Bir neçə gün əvvəl isə Bakı şəhər İcra Hakimiyyəti onların mitinq müraciətinə müsbət cavab verib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti