Bakıda güclü partlayış - 1 ölü, 4 yaralı (FOTOLAR)

Bakıda güclü partlayış - 1 ölü, 4 yaralı (FOTOLAR)
  09 Oktyabr 2014    Oxunub:2870
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində hündür mərtəbəli yaşayış binasına bitişik, qanunsuz tikilmiş, anbar kimi istifadə olunan tikilidə partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. İlkin məlumata əsasən dağıntılar altından bir nəfər kişi cəsədi aşkar edilərək çıxarılıb, hadisə nəticəsində dörd nəfər xəsarət alan şəxslər isə Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək

***

AzVision.az APA-ya istinadən xəbər verir ki, partlayış nəticəsində marketdə yanğın meydana gəlib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xilasedicilər uçqun altında qalan bir nəfəri xilas edib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının məlumatına görə, marketdə baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb və yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.










AzVision.az


Teqlər:  





Xəbər lenti