Azərbaycanda daha bir doğuş faciəsi

Azərbaycanda daha bir doğuş faciəsi
  06 Oktyabr 2014    Oxunub:2199
“Uşağı heç bizə də göstərməyiblər”.
Bakıda doğuş zamanı daha bir uşaq ölümü qeydə alınıb. Misirova Əfsanə Salman qızı bu gün səhər saatlarında təxminən 8 radələrində xəstəxanaya yerləşdirilib.

AzVision.az xəbər verir ki, bu barədə anspress-ə Ə.Misirovanın atası Salman Eminov xəbər verib.

Onun sözlərinə görə, ana ilk növbədə evə çağırılan təcili tibbi yardım vasitəsilə Nizami rayonunda Çobanzadə küçəsində yerləşən 7 saylı xəstəxanaya aparılıb. Lakin xəstəxanada 25 yaşlı Ə.Misirovanı qəbul etməyiblər. Belə olan təqdirdə ana Respublika Perinatal Mərkəzinə gətirilib.

Mərkəzdə qeysəriyyə əməliyyatı ilə doğuş həyata keçirilib. Lakin əməliyyatdan 3 saat sonra uşaq tələf olub. S.Eminovun sözlərinə görə, uşağın tələf olmasında günahkar həkimlərdir.

“Həkimlərdən səbəbini soruşuruq. Bizə heç bir cavab vermirlər. Uşağı heç bizə də göstərməyiblər. Neçə ildir bu uşağı gözləyirdik. Axırı belə oldu”, deyə S.Eminov bildirdi.

Onun sözlərinə görə, ananın vəziyyəti hazırda normaldır.

Qeyd edək ki, bu ananın ikinci övladıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti