Humanitar forumun iştirakçıları Gəncədə - FOTOLAR

Humanitar forumun iştirakçıları Gəncədə - FOTOLAR
  05 Oktyabr 2014    Oxunub:2054
Bir neçə gün bundan əvvəl Bakıda keçirilən dördüncü beynəlxalq humanitar forumun iştirakçıları-Almaniyadan,Fransadan,İtaliyadan,Rusiyadan,Amerikadan,Orta Asiyadan və digər xarici ölkələrdən gələn görkəmli elm və dövlət xadimləri Gəncə beynəlxalq hava limanında qonaqpərvərliklə qarşılandı.

Sonra onlar dünya miqyaslı dahi şair Nizami Gəncəvinin Məqbərəsini ziyarət edib və Məqbərə-Kompleksi seyr ediblər. Qonaqlar Nizami Muzeyində şairin həyat və yaradıcılığını, onun əsərlərinin dünyəvi sənətkar olaraq, bütün xalqlar tərəfindən sevildiyini əks etdirən zəngin eksponatlara baxıblar.

Əcnəbi qonaqlar Şeyx Nizami yurdu Gəncənin qədimiliyini,tarixiliyini,zənginliyini qoruyub saxlayan Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyinə gəliblər. Muzeydə nümayiş etdirilən tariximizin müxtəlif dövrlərinə aid döyüş və silah növləri,dulusçuluq,misgərlik,zərgərlik sənətinin inciləri,xalça sərgisi tamaşaçılarda böyük maraq doğurub.

Görkəmli lirik şeirlər müəllifi, şairə, ilk musiqiçi və şahmatçı, mütərəqqi və demokratik qadın Məhsəti Gəncəvinin həyat və yaradıcılığını,onun yaşadığı dövrün ədəbi mühitini əks etdirən Mərkəzdə tədbir iştirakçıları stendlərə,sərgilərə,eksponatlara baxıblar.

Qonaqlar açıq səma altında tarixi muzey olan Cavadxan küçəsinə, Gəncənin qəhrəman sərkərdəsinin Məqbərəsinə gəliblər. Milli ornamentlərlə bəzədilmiş qədim memarlıq abidələri,şəhərin füsunkar gözəlliyi, insanların qonaqpərvərliyi, tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə sonsuz hörmət və məhəbbəti hər kəsdə xoş duyğular,unudulmaz təəssürat yaradıb.

Sonra tədbir iştirakçıları möhtəşəm Heydər Əliyev mərkəzinə gələrək, ulu öndərin abidəsi önünə böyük ehtiramla gül-çiçək dəstələri qoydular və Mərkəzdə sərgilənən eksponatlarla tanış olublar.

Qalereya




Teqlər:  





Xəbər lenti