İŞİD-ə ağır zərbə: 59 terrorçu öldürüldü

İŞİD-ə ağır zərbə: 59 terrorçu öldürüldü
  04 Oktyabr 2014    Oxunub:1955
İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ölkənin Diyala və Kərkük şəhərində İŞİD teror təşkilatına qarşı keçirilən əməliyyatlarda 59 İŞİD üzvü öldürülüb.
AzVision.az xəbər verir ki, əməliyyat zamanı 15 terrorçu yaralanıb. Nəticədə iki bölgəyə, 30 kəndə nəzarət ələ keçirilib.

Nazirliyin açıqlamasında qeyd olunur ki, Kərkük vilayətinin cənubunda yerləşən Bəşir kəndində İŞİD-ə məxsus qərargaha olan hava hücumu nəticəsində isə 9 terorçu öldürülüb, 15-i isə yaralanıb.

Qeyd edək ki, Mosul başda olmaqla İraqın bir çox şəhərini ələ keçirən İŞİD terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir. ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı birləşən koalisiya qüvvələri də bir müddətdir terror təşkilatının yerləşdiyi bölgələrə hava hücumları edir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti