Prezident Xırdalanda - FOTOLAR (YENİLƏNİB)

Prezident Xırdalanda - FOTOLAR (YENİLƏNİB)
  04 Oktyabr 2014    Oxunub:4012
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Şahmat məktəbində yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada məşq otaqları və digər əlavə otaqlar var. Otaqlardakı kompyuterlər xüsusi şahmat proqramları ilə yüklənib. Şahmat məktəbi müasir maddi-texniki baza ilə təchiz edilib. Məktəbdə yarış zalı da var. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vəsaitlər mövcuddur.

Prezident İlham Əliyevə məlumat verilib ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış olub.

***

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərindəki Bayraq Meydanında olub.

Dövlətimizin başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.

Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev də bu məsələdə hər zaman həssas münasibətilə ilə seçilib.

Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

***
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıb.

Məlumat verilib ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.

Sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

***

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti