Seymur Həzi həbsdə qaldı

Seymur Həzi həbsdə qaldı
  03 Oktyabr 2014    Oxunub:1860
Bu gün Abşeron rayon məhkəməsinə “Azadlıq” qəzetinin xuliqanlıqda ittiham olunan əməkdaşı Seymur Həzi barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətinə baxılıb.
AzVision.az xəbər verir ki, məhkəmə vəsatəti təmin etməyib, Həzini həbsdə saxlayıb, bu barədə Turan-a vəkil Adil İsmayılov bildirib.

Eyni zamanda, məhkəmə bir neçə gün əvvəl insidentin digər iştirakçısı Məhərrəm Həsənovu həbsdən azad edərək, cəzasını ev dustaqlığı ilə əvəz edib.

Seymur Həzi avqustun 29-da Məhərrəm Həsənova güc tətbiq etmə iddiası ilə saxlanılıb. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur.

M.Həsənova qarşı da Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Teqlər:  





Xəbər lenti