Koreyalılar Kəlbəcərdən yazdılar

Koreyalılar Kəlbəcərdən yazdılar
  30 Aprel 2013    Oxunub:1210
Koreya Respublikasının “Koreya Post” jurnalının aprel buraxılışında Kəlbəcər rayonunun işğalına həsr edilmiş məqalə dərc edilib.
“Kəlbəcərin işğalından 20 il ötür” başlıqlı məqalədə rayonun faydalı qazıntıları, onun Ermənistan tərəfindən işğalı və bu işğalın Kəlbəcər sakinlərinə vurduğu zərbədən,ağır, faciəvi fəsadlarından bəhs olunur.

Kəlbəcər Azərbaycanın ən gözəl və zəngin rayonlarından biri kimi təqdim edilir. Вu rayonun qədim tarixindən bəhs edilir. Adının mənasının əski türk dilindən tərcümədə “çay üzərindən körpü” olduğu bildirilir. Məqalənin müəllifi bildirir ki, “bu diyar hələ qədim insanların yeni-yeni məskən saldığı yerlərdən biridir. Ərazidə ibtidai insanın formalaşması dörd milyon ili əhatə edən bir dövrə aiddir”.

Məqalənin sonunda rayonun işğalına beynəlxalq ictimaiyyətin münasibətindən danışılır. Ermənistanın BMT təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Kəlbəcərdən və digər işğal edilmiş rayonlardan qeyd-şərtsiz çıxarılması barədə 822-ci ,eləcə də digər 3 qətnaməsini yerinə yetirmədiyi bildirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti