Prezidentə məktub yazan QHT sədri azadlıqda

Prezidentə məktub yazan QHT sədri azadlıqda
  26 Sentyabr 2014    Oxunub:1571
“Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov azadlığa buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Oktay Gülalıyev Facebook səhifəsində məlumat yayıb.

`İndicə bir şad xəbər aldıq. Hüquq müdafiəçisi, siyasi məhbus Emil Məmmədov artıq azadlıqdadır. Az öncə özü ilə danışdım. Hamıya salamları var`.

Qeyd edək ki, bu ilin may ayında Salyan rayon Məhkəməsinin qərarı ilə Emil Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. O hədə qorxu yolu ilə vətəndaşlardan pul almaqda ittiham edilirdi.


Teqlər:  





Xəbər lenti