`Əllərinə nə xəbər keçdi yayırlar...`- Vahid Mustafayev

`Əllərinə nə xəbər keçdi yayırlar...`- Vahid Mustafayev
  26 Sentyabr 2014    Oxunub:1926
Əllərinə nə düşdü boyatdı, bişmişdi, yarımçıqdı fərq etmir, xəbəri oxuculara ötürürlər. Bununla bu saytlar güya ki, özlərinə reytinq qazanırlar.
Ötən gün prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncam imzaladı.

Prezidentin informasiya təhlükəsizliyinə hesablanan sərəncamı müzakirə olunur.

ANS Şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev sözügedən məsələ ilə bağlı “Xəbərçi”nin qonağı oldu.

- Vahid müəllim, sentyabrın 4-ü bu studiyada hərbi jurnalist kimi siz bu məsələ ilə bağlı açıqlama vermişdiniz. Prezidentin bu sərəncamı nəyi dəyişəcək?

- Hər şeydən əvvəl hərb məsələləri ilə yaxından işləyən bir adam kimi öz adımdan və bütün bu sahədə çalışanların adından cənab prezidentə öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Cənab prezident bu sərəncam ilə informasiya təhlükəsizliyi ilə bağlı olan bir növ anlaşılmaz vəziyyəti tənzimləyəcək və sözsüz ki, bu sahə daha da inkişaf etməyə başlayacaq. İnkişaf etməyə başlayacaq deyərkən nizam-intizamlı Müdafiyə Nazirliyi haqqında və cəbhəyanı, sərhədyanı zonalardan gələn məlumatların nizam-intizamını nəzərdə tuturam. Bu elə bir sahədir ki, savaşda olan bir ölkə üçün mütləq şəkildə gərək nizam-intizamlı olsun.

- Konkret deyək, media qarşısında bu sərəncam hansı tapşırıqları qoyur?

- Mediya qarşısında bu sərəncamın ən əsas qoyduğu tapşırıq Vətəni sevməkdir! Ümümiyyətlə bilirsiniz ki, günümüzdə külli miqdarda saytlar var. Bu saytlar ümumiyyətlə olmasa da bizim həyatımızda heç bir şey dəyişməyəcək. Dəyişsə də müsbət tərəfə dəyişəcək. Lakin onlar mövcuddur və biz bir demokratik ölkədə yaşadığımıza görə onların qanunla fəaliyyət qöstərməsinə icazə verilir. Lakin bunların bir çoxu, demək olar ki, əksəriyyəti bu sahədə heç bir fəalliyət heç vaxt göstərməyib. Onların rəhbərlərinin çoxları heç ümumiyyətlə əsgərlikdə də olmayıblar və belə olan şəraitdə Müdafiyə Nazirliyi, müdafiə kompleksi və Azərbaycanın bir növ müharibədəki olan vəziyyəti haqqında məlumatları şou-biznes məlumatları kimi əhaliyə çatdırırlar. Yəni Lakin vəziyyət tənzimlənəndən sonra, bu adamlar artıq bu sahədə məhsuliyyətlərini dərk edəcəklər. Bu adamlar ilə danışıq növü düzgün seçilib. Səhv edirisinzsə, Vətənə xəyanət edirsinizsə, sizin yeriniz zindandı, sizin işiniz məhkəməyə getməlidi.

Mən hətta belə bir təklif də verərdim ki, bu sahədə səhv edənləri birbaşa Qarabağa göndərmək lazımdır ki, qoy biraz orada vuruşsunlar. Başa düşsünlər ki, müharibə nədir və bu öz aşağı səviyyəli məqalələri ilə orada, cəbhədə düşməni qarşılayan vəziyyətdə necə çətin olur.

- Sərəncamda kütləvi informasiya vasitələrindən başqa Müdafiə Nazirliyinə və digər dövlət qrumularına da məsələ ilə bağlı göstərişlər, tapşırıqlar verilib. Əsas məsələ indi bunun icrasıdır. Sizin fikrinizcə, necə etmək olarki, bu gecikməsin?

- Cənab prezidentin tapşırığı ilə bu gün Müdafiyə Nazirliyinə rəhbərlik edən Zakir Həsənov cənabları öz vəzifəsini çox yüksək səviyyədə həyata keçirir. Azərbaycanda elə bir adam yoxdur ki, bu dəyişiklikləri hiss etməsin. Müsbət dəyişiklikləri. Bunu biz hiss edirik, yəni eşidirik, görürük və s.

Düşünürəm ki, bu Müdafiə Nazirliyinə bir növ kart-blanş verəcək ki, onlar da bu sahədə işlərini daha yaxşı qura bilsinlər və onların özlərinin də mövcud məqsədlərinə kütləvi informasiya vasitələri ilə işləmək imkanlarına yeni perspektivlər açacaq.

Eyni zamanda nazirlik bir müdafiə qurumu kimi hər şeydən əvvəl özlərini bu əldəqayırma saytlar və onların fəaliyyətindən müdafiə etməyi bacaracaqlar.

Bu saytlar bir növ artıq Azərbaycana, bizim müdafiə kompleksimizə böyük bir zərbə endirirlər. Bilə-bilə edirlər yoxsa, bilmərəyərəkdən edirlər bunun bizə, Azərbaycan xalqına və Azərbaycana heç bir dəxli yoxdur. Biz bundan zülm çəkirik, biz bununla problemlər yaşayırıq. Düşmənin qarşısında məlumatların açıq-saçıq verilməsinə görə aciz qalırıq. Bunun qarşısı alınmalıdır. Təcili surətdə ən ciddi tədbirlər görülməlidir. Bu, birdəfəlik qurtarmalıdır. Bu sahədə zarafat etmək olmaz.




Teqlər:





Xəbər lenti