Xədicə İsmayılla virtu(D)al müsahibə

Xədicə İsmayılla virtu(D)al müsahibə
  25 Sentyabr 2014    Oxunub:11501
Vüsal Məmmədov

Varşavada azərbaycanlı həmkarı danışarkən durub ermənilərlə birlikdə ona
dal çevirən
Xədicə İsmayıl indi gündəmin əsas qəhrəmanlarından biridir. Buna görə də ona bəzi suallar ünvanlayıb, məsələni xırDALamaq qərarına gəldik.

- Salam, Xədicə xanım. Necəsiniz?

- Belə də... Bir az DALağım sancır.

- Azərbaycandakı vəziyyəti Polşada necə təsvir etdiniz?
- Dedim ki, ölkədə vanDALizm baş alıb gedir...

- Ümumiyyətlə, Polşaya niyə getmişdiniz ki?
- Çünki bizi burada DALana dirəyiblər, sözümüzü deməyə imkan vermirlər... Dilimizi qanDALlayıblar. DalDALanmağa yer axtarırıq...

- Axı hamıdan çox danışanlardan biri elə sizsiniz!?..
- İstədik ki, niDALarımızı Avropada da eşitsinlər.

- Niyə iqtidarla da düşmənsiniz, müxalifətin böyük qismilə də?
- Çünki hərəsi meDALın bir üzüdür. Biri XırDALan pivəsidir, o biri NZS. Fərqləri bu qədərdir.

- Necə oldu ki, bəzi qalmaqallı məsələləri ancaq siz araşdırası oldunuz?
- Hər şeyin dərinliyinə DALmaq ehtirasım var... Elə uşaqlıqda DALğıc olmaq istəyirdim.

- Niyə həmişə dövlətimizin əleyhinə çıxırsınız?
- Fransız dövlət xadimi Eduard DALadye deyib ki, dövlətlə hökuməti qarışdırmayın.

- Yaxşı, hökumət pis nə edib ki?
- Bir vətəndaşlara baxın: qiDALanmağa çörək tapmırlar e... O qədər problem var ki, saDALamaqla qurtarmır.

- Tapırlar axı!
- Dedim ki, tapmırlar! Siz sadəcə, DALtoniksiniz! Həqiqəti görmürsünüz! Mən DALtoniklərə müsahibə vermirəm! Qurtardıq!

- Xədicə xanım... Belə olmaz axı...
- Dedim, qurtardıq, vəssalam - yoxsa sizinlə DALaşacağam!

- Yaxşı, hirslənməyin...
- Dedim ki, danışmayacağam sizinlə, çünki siz əDALətsizliyi müdafiə edirsiniz!

- Tamam... Onda bəlkə siyasətdən uzaqlaşaq...
- Hə, ya dərhal viDALaşırıq, ya da başqa mövzulara keçin! Mənə baDALaq gələ bilməzsiniz...

- Keçirəm. Ən çox sevdiyiniz mahnı hansıdır?
- Arım, balım, pətəyim, gülüm, DALım çiçəyim...

- Bəs ən sevdyiniz film?
- `101 DALmatines`. Hərçənd, `iDALqo` da pis film deyil... Biri it haqqındadır, o biri at.

- Ən çox sevdiyiniz şəhər hansıdır?
- DALlas.

- Sevdiyiniz müğənni?
- Mustafa SanDAL və DALida.

- Hansı rəssamı bəyənirsiniz?
- Salvador DALini.

- Arıqlamaq üçün nəsə edirsinizmi?
- Bəli. PeDAL fırladıram. Hər gün 2 saat DALbaDAL.

- Həyat deviziniz varmı?
- Var – hər şeyi qurDALamaq!

- Toylara gedirsinizi?
- Yox, `quDALar, ay quDALar` mahnısını eşidəndə qıcıqlanıram.

- Oxucularımıza son sözünüz?
- Heç nədən qorxmayın, DALınızda durmuşam!


Teqlər:





Xəbər lenti