Kamil Vəli Nərimanoğluna sərt cavab: “Yaltaq və ikiüzlüsən”

Kamil Vəli Nərimanoğluna sərt cavab: “Yaltaq və ikiüzlüsən”
  23 Sentyabr 2014    Oxunub:3411
AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müxalifəti təhqir edən yazısına daha bir cavab gəlib. BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Kamil Vəli Nərimanoğlu ikiüzlü adamdır:

- Bu adam utanmadan 65 yaşında özünü düşük yerinə qoyub. Əli Kərimlinin əl buyruqçusu olub. Özü də yaxşı bilir ki, 1993-cü ildə Heydər Əliyevin keçirdiyi müşavirədə yaltaq sifətilə başını əyəndə Əli Kərimli onun haqqında hansı təhqirləri edirmiş. Əbülfəz bəy hakimiyyətdən gedəndən sonra bu, yeganə adam olub ki, prezident Əbülfəz Elçibəyin istefa çağırışına əməl etməyib. O vaxt bu adam baş nazirin müavini vəzifəsini daşıyırmış. Ancaq bütün yaltaqlığına baxmayaraq, Heydər Əliyev bu adamı vəzifəsindən qovdu. Aztv-nin arxivində bu yaltağın kadrları var. Kim istəsə, götürüb baxa bilər.

Orduxanlı deyib ki, Kamil Vəli Qüdrət Həsənquliyevin onunla bağlı dediyi faktların heç birini təkzib edə bilməyib: “Qüdrət bəy deyib ki, indi müavini olduğun Əli Kərimlini bir neçə il bundan qabaq “Yeni Müsavat” qəzetində təhqir edib “zurnaçı” adlandıran, prezident Əbülfəz Elçibəyin çağırışına əhəmiyyət verməyən, Heydər Əliyevə yaltaqlanan olmamısan?! İndi bir qrup gənclər bu faktları bilməz, ancaq buna şahidlik edən xeyli insan var. Sənin əsl simanı gənclər də bilməlidir. Özünü “qəhrəman” kimi bu gənclərə sırıma. Elə sənin sədrin Əli Kərimli də vaxtilə Heydər Əliyevə yalvarırdı ki, onu hansısa bir ölkəyə səfir göndərsin. Kim də bilməsə, Əli Kərimli dəqiq bilir ki, Elçibəy haqqında ən iyrən sözləri sən demisən və o da bunları mətbuatda yaydırıb”.

Niyaməddin Orduxanlı Kamil Vəlinin universitetdə işlədiyi dövrdə məşhur ləqəb sahibi olduğunu da xatırladıb: “Həmin illərdə oxuyan tələbələr yaxşı bilir ki, Kamil Vəliyə hansı əməlinə görə ləqəb qoymuşdular. Doğurdan da, elə osan! Özü və bunun ləqəbini bilən adamlar yaxşı başa düşdü nə dediyimi. İndi sən mənəviyyatdan danışırsan?! Kamil Vəli vəzifəyə gəlmək üçün istənilən addımı atmağa hazır olan insanlardandır. Özünü müxalifət adalandırır. Sən maraq müxalifətisən. Zorən müxalifətçilik edirsən”.


Teqlər:  





Xəbər lenti