“Sumqayıtın bir günü” -Fotolarda

 “Sumqayıtın bir günü” -Fotolarda
  23 Sentyabr 2014    Oxunub:3795
Sumqayıt şəhərinin 65 yaşı təntənəli şəkildə qeyd olunub
Bu gün Sumqayıtda “Şəhər günü” bayramı təntənəli şəkildə qeyd olunub. AzVision.az xəbər verir ki, dünəndən başlayaraq Sumqayıt şəhərində artıq ənənəyə çevrilmiş “Şəhər günü” bayramı keçirilib. Bu il Sumqayıtın yaranmasının 65 illiyi tamam olur və bu münasibətlə şəhər günü tədbirləri yüksək əhval-ruhiyə ilə təntənəli şəkildə qeyd olunur. Tədbirdə xarici dövlətlərdən və Azərbaycanın bölgələrindən dəvət olunmuş çoxlu sayda qonaqlar və musiqi kollektivləri iştirak ediblər.

Sumqayıtın “Şəhər günü” bayram tədbirləri qədim Corat kəndindən başlayıb. Burada qədim Corat qalasının yanında yaradılmış bazar meydanında şəhər gününə həsr olunmuş döyüş effektləri ilə dolu olan möhtəşəm səhnələşdirilmiş meydan tamaşası təqdim olunub. Bayram tədbirləri Corat qəsəbəsindən sonra Bayraq meydanında təntənəli bayram keçidi ilə davam etdirilib. Tədbirdə hərbçilərin keçidi, idmançıların, motosikletçilərin, rayonlardan gələn kollektivərin, retro maşınların, müxtəlif nağıl personajlarının, Nəhəng Gəminin, Şuşa qalasının üzərində Şuşanın görkəmli şəxsiyyətlərinin və əsgərlərin, Rusiyanın Sankt-Peterburq şəhərinin “Barabançı qızlar”ının nümunəvi çıxışları, həmçinin helikopterlərin möhtəşəm avia şousu olub. Keçirilən tədbirlər və xüsusən helikopter avia şousu sumqayıtlıların böyük marağına səbəb olub.

Qeyd edək ki, bütöv bir günü əhatə edən “Şəhər günü” bayramı axşam saatlarında Azərbaycanın tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edəcək və bayram tədbiri əsrarəngiz atəşfəşanlıqla yekunlaşacaq.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti