Valideynlər məktəblərdən şikayət etdi

Valideynlər məktəblərdən şikayət etdi
  22 Sentyabr 2014    Oxunub:1669
Pirallahı rayonunda səyyar qəbul keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq keçirilən səyyar qəbullar davam edir. Nəsimi və Qaradağ rayonları üzrə vətəndaşların qəbulundan sonra sentyabrın 20 – də Pirallahı rayonu üzrə səyyar qəbul keçirilib.

İdarədən AzVision.az-a verilən məlumata görə, 243 saylı məktəbdə keçirilən səyyar qəbulda Pirallahı və Çilov qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan qəsəbəsində yerləşən 231 saylı məktəblərin və 29 №li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam edib. Pirallahı rayonu üzrə 18 müraciət qəbul edilib. Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, bufetlerdə isti yeməklərin verilməsi, siniflərin dərs proqramlarının yüngülləşdirilməsi, kitabxanada dərsliklərin çatışmazlığı və rayon üzrə kursların açılmasının təşkili ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.


Teqlər:  





Xəbər lenti