Ramil Usubovdan yeni təyinat

  28 Avqust 2014    Oxunub : 1738
Ramil Usubovdan yeni təyinat
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.
Ramil Usubovun müvafiq əmri ilə Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov vəzifəsindən azad edilərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə isə hələlik yeni təyinat olmayıb.

Qəhrəman Qələndərov xəbəri təsdiqləyib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) rəis müavini Rəşadət Babayev bir neçə ay əvvəl nazirin müvafiq əmri ilə DYP-nin Yol-Patrul Xidməti alayının komandiri təyin edilib.(Aznews.az)

Teqlər: