“London taksiləri”ndən mətbuata qadağa – işdən qovuldular

“London taksiləri”ndən mətbuata qadağa – işdən qovuldular
  25 Avqust 2014    Oxunub:2771
AzVision.az saytı bir müddət əvvəl paytaxt Bakıda fəaliyyət göstərən “London taksiləri”nin etirazı ilə bağlı reportaj hazırlamışdı.

Avqustun 14-də “Deputatların inanmadığı sürücülərin etirazı...” başlıqlı yazıdan sonra “Bakı Taksi Şirkəti MMC”nin rəhbərliyi qəzəblənərək sürücüləri cəzalandırıb.

Mətbuata etirazlarını bildirdikləri üçün sürücülərə irad tutan şirkət rəhbərliyi hazırladığımız reportajda əməkdaşımızla həmsöhbət olan iki sürücünü işdən azad edib.

Şirkət rəhbərliyi sürücülərə xəbərdarlıq edərək mətbuata çıxmamağı, narazılıqlarını gizlətmələrini tapşırıb. Əks halda onlarında işdən azad olunacağı bildirilib.

AzVision.az saytı olaraq “Bakı Taksi Şirkəti MMC” ilə əlaqə saxlamağa çalışsaq da şirkətdən sualımıza cavab verən tapılmadı.

Qeyd edək ki, “London taksiləri”ndə gündəlik planın 28 manatdan 34 manata qaldırılması taksi sürücülərinin etirazına səbəb olmuşdu. Sürücülər çarəsiz vəziyyətdə qaldıqlarını dilə gətirərək şirkət rəhbərliyinə etirazlarını bildirdilər. Onlar Nəqliyyat Nazirliyinə müraciət edərək bu özbaşnalığın aradan qaldırılmasını xahiş ediblər.

Şəhanə Rəhimova


Teqlər:  





Xəbər lenti