`Nurçu` məktəblərində oxuyan şagirlərin aqibəti ...

Bu barədə Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən verilən məlumata görə, bu günə qədər 1000 nəfərdən çox şagird məktəblərə köçürülüb və hələ də bu proses davam edir:
“Bu vaxta kimi 1000 nəfərdən artıq şagird müvafiq məktəblərə dəyişdirilib. Türk liseylərində təhsil almış şagirdlərin yaşadıqları ərazidəki, eləcə də digər bölgələrdəki arzu etdikləri məktəblərə qəbulu prosesi hazırda davam edir”.
Qeyd edək ki, türk liseylərində təhsil alan şagirdlərin ümumi sayı 3204 nəfər təşkil edib. Həmin şagirdlərin digər təhsil müəssisələrində yerləşdirilməsi işinin təşkili ilə bağlı işçi qrupu yaradılıb.
Sevinc İltifatqızı
AzVision.az
Teqlər: