“Vətəndaşlar birmənalı şəkildə İlham Əliyevi dəstəkləyir”

“Vətəndaşlar birmənalı şəkildə İlham Əliyevi dəstəkləyir”
  24 Aprel 2013    Oxunub:1614
Həqiqət ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov AXCP-nin sədri Əli Kərimliyə cavab olaraq deyib.

Ə. Əhmədov bildirib ki, əgər Əli Kərimli qarşıdan gələn prezident seçkilərində iştirak etmək iddiasından əl çəkibsə, hesab edirəm ki, bu, onun tərəfindən atılan düzgün addım sayılmalıdır:

"Yəqin ki, o, bütövlükdə real prosesləri dəyərləndirərək, o cümlədən Azərbaycan seçicilərinin ovqatını öyrənərək bu qənaətə gəlib, reallığın, həqiqətin ondan ibarət olduğunu bir daha dərk edib".

İcra katibi onu da vurğulayıb ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyir.

Bunu Azərbaycanda nəinki siyasətçilər, istər müxalifətçi olsunlar, istərsə də müxalifətçi olmasınlar, eyni zamanda, vətəndaşlar da aydın şəkildə dərk edirlər.-deyə o əlavə edib.

Ə.Əhmədov vurğulayıb ki, əgər Əli Kərimli bunu dərk edibsə, hesab edirəm ki, o, həqiqətləri qiymətləndirmək duyğusunu hələ itirməyib".


Teqlər:  





Xəbər lenti