Müsavat yenə meriyadan yer istəyir

Müsavat yenə meriyadan yer istəyir
  19 Avqust 2014    Oxunub:1167
Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda qurultaya təşkilati-texniki hazırlıqla bağlı məsələlər müzakirə olunub, görüləcək işlər barədə tapşırıqlar verilib.

İclasda yaxın müddət ərzində qurultayın keçirilməsi üçün yer ayrılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunması barədə qərar qəbul olunub.

Xatırladaq ki, partiya qurultayını sentyabrın 27-nə təyin edib.


Teqlər:  





Xəbər lenti