DİN dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN dəhşətli qəza ilə bağlı məlumat yayıb
  18 Avqust 2014    Oxunub:1903
DİN-in mətbuat xidməti Yeni Dairəvi yolda baş verən ağır yol qəza hadisəsi ilə bağlı məlumat yayıb.
AzVision.az-ın məlumatına görə, avqustun 18-də saat 01 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Tural İbrahimovun və Rusiya Federasiyası vətəndaşı Azər Ələkbərovun idarə etdikləri "Mercedes" markalı avtomobillər toqquşub.

T.İbrahimovun sərnişinlərindən - Sumqayıt şəhər sakini Fatma Dünyamalıyeva hadisə yerində ölüb, özü və digər sərnişinləri - arvadı Alidə, azyaşlı oğlu Namiq, Mehdiabad qəsəbə sakinləri Kəmalə Qasımova və azyaşlı Xədicə Qasımova, habelə A.Ələkbərovun sərnişinləri - Bakı şəhər sakini Aybəniz Ələkbərova, Goranboy rayon sakinləri Nərmin Məmmədova və bacısı Nigar xəstəxanaya yerləşdiriliblər. Tural İbrahimov orada ölüb, Aybəniz Ələkbərovaya, Nərmin Məmmədovaya və bacısı Nigara ilkin tibbi yardım göstərilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti