Elçin Quliyev general oldu - SƏRƏNCAM

Elçin Quliyev general oldu - SƏRƏNCAM
  16 Avqust 2014    Oxunub:10922
Azərbaycan Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə DSX-nin bir qrup əməkdaşının ali xüsusi rütbələr, fəxri adlar, orden və medallarla təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə general-polkovnik hərbi rütbəsi verilib.

Ölkə başçısının digər sərəncamı ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Baş Qərargahının rəisi Rəşad Heydər oğlu Sadiqov və Asif Mikayıl oğlu Cəbrayılov general- leytenant hərbi rütbələri ilə təltif ediliblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti