Yol qəzasında 5 nəfər xəsarət alıb

Yol qəzasında 5 nəfər xəsarət alıb
  20 Aprel 2013    Oxunub:1155
Qazax rayonunda Bakı-Qazax yolunun 458-ci kilometrliyində “İSUZİ” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub.
AzVision.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qazax rayonunda Bakı-Qazax yolunun 458-ci kilometrliyində “İSUZİ” markalı yük avtomobili və “VAZ” markalı minik avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “İSUZİ” markalı yük avtomobilin sürücüsü və “VAZ” markalı minik avtomobilinin iki sərnişini xilasedicilər çatana qədər yaralı vəziyyətdə xəstəxanaya aparılıb, o cümlədən “VAZ” markalı avtomobilin iki sərnişini xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıblar. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 18:27-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti