Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyulun 8-də Binəqədi şossesində yaşayan 1949-cu il təvəllüdlü Şahlar Məlikov ailə münaqişəsi zəminində arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyevaya bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi BPİ 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub.