“Gecə-gündüz oxuyurdum” – 700 bal toplayanlar danışdı

“Gecə-gündüz oxuyurdum” – 700 bal toplayanlar danışdı
  16 İyul 2014    Oxunub:6641
"Müəllim yanına hazırlığa getmədən bu nəticəni göstərmişəm. gecə-gündüz hazırlaşırdım".
Bunu AzVision.az-a açıqlamasında I ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayan abituriyent Məmməd Hacılı deyib.

Təəssüratlarını bizimlər bölüşən M.Hacılı bundan öncə də sınaqlarda yüksək nəticə göstərdiyini bildirib.

“Sınaq imtahanlarında da 690-700 bal yığırdım. Hələ dəqiq qərar verməsəm də ya Qafqaz Universitetində, ya da Ali Neft Məktəbində təhsil almaq istəyirəm ".

Qeyd edək ki, Məmməd Hacılı Dədə Qorqud özəl türk liseyində təhsil alıb və I ixtisas qrupu üzrə maksimum nəticə göstərib.



I ixtisas qrupu üzrə 700 bal toplayan daha bir abituriyent Könül Qurbanlı da sınaq imtahanlarında yüksək bal topladığını deyib.

“Sınaqlardan çox yaxşı bal toplayırdım. Həmişə 680-690 bal toplamışam, TQDK-nın sonuncu sınağından 695 bal topladım. Seçimim ya Azərbaycan Diplomatiya Akademiyası, ya da ki, Ali Neft məktəbi olacaq. Komputer mühəndisliyi, İKT üzrə ixtisas seçimi edəcəm ".

Qeyd edək ki, Könül Qurbanlı Bakı şəhəri, 289 saylı orta məktəb - "Zəngi" liseyinin məzunudur.

I ixtisas qrupu üzrə 700 bal toplayan Nurlan Qasımov yüksək nəticə toplayacağını gözləyirmiş:

“Sınaqlarda həmişə 650-dən yuxarı bal toplamışam. Sonuncu sınaq imtahanında isə 670 bal yığdım. Bu nəticəni gözləyirdim”.

N.Qasımov vurğualyıb ki, ixtisas seçimi ilə bağlı dəqiq qərar verə bilməyib: “Hansı ixtisası seçəcəyimlə bağlı dəqiq qərar verə bilməmişəm. Xaricdə, yoxsa burada təhsil almaqla bağlı da qərar verməmişəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti