Vüqar Səfərlidən jurnalistlərə xoş xəbər
.jpg)
Vüqar Səfərli qeyd edib ki, təyin olunmuş qrafikə uyğun olaraq binanın tikintisi davam etdirilir: “Bina ilə bağlı bütün sənədləşmə işləri bitib. Hər şey öz qaydasında gedir. 3 bloklu, 17 mərtəbəli və 255 mənzildən ibarət olacaq binanı 2015-ci ilin sonuna kimi təhvil vermək planlaşdırılır. Mənzillər 1, 2, 3 və 4 otaqlı olacaq”.
2013-cü ildə ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli bina istifadəyə verilib. Açılış mərasimi iyulun 22-də olub və həmin gün ikinci binanın təməli qoyulub.
Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.
Teqlər: