Kəmaləddin Heydərova nə hədiyyə etdilər?

Kəmaləddin Heydərova nə hədiyyə etdilər?
  15 İyul 2014    Oxunub:1735
“Qiyməti ucuz olsa da hədiyyəm onun üçün çox dəyərlidir”.

Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun ad günüdür.

Yaxın dostu, tanınmış şair Baba Vəziroğlu Kəmaləddin Heydərova doğum günü münasibəti ilə qiymətli qələm hədiyyə edib.

B.Vəziroğlu AzVision.az-a açıqlamasında bildirib ki, aldığı qələmim qiyməti o qədər də baha olmasa da Kəmaləddin Heydərov üçün dəyərlidir.

“Hər ad günündə dostum, yaxın bildiyim, iş birliyi yapdığım insan, bəstəkar kimi Kəmaləddin müəllimi təbrik edirəm, gedib yanağından bir “maç” edirəm. Necə ki, o mənim hər ad günümdə təbrik edir, mən də elə..

Ad gününə həsr olunmuş şeirə gəlincə isə onunla birlikdə yazdığım 50-dən çox mahnı elə ona, musiqisinə, ruhuna həsr olunub. Çünki şeirlərin musiqisini məhz Kamal müəllim tutub və onu nəğməyə çevirib. Kəmaləddin müəllimin 45 illiyində ona bir şeir həsr etmişəm: “Dostuma məktub”. Normal dostlar necədirsə, bizdə eləyik.

Şairin hədiyyə etməyə qələmdən başqa nəyi var ki!? Bu ildə qiymətli bir qələm bağışladım. Mənim və hədiyyə etdiyim dostumun gözündə o hər şeydən qiymətlidir. Çünki mən onu halal pulların hesabına qazanıb alıramsa, onun qiyməti mənim üçün çox yuxarıdır. Ola bilər ki, dükan qiyməti aşağı olar. Amma mənəvi dəyəri ikimiz üçün də yüksəkdir”.

Şairin sözlərinə görə, K.Heydərov ad gününü təntənəli şəkildə keçirməyi xoşlamır.

“Biz ad günü qeyd etmək baxımdan bir-birimizə oxşayırıq. Nə o, nədə ki , mən xoşlamırıq. Neçə illərdir ad günlərində Bakıda deyil, iş başında, qaçqınlarla görüşlərdə olurdu. Rayonlarda milləti qəbul edirdi. Telefonla təbrik edirdik. Bakıda olanda da ad günü keçirmirdi. Adi günlərdən biri kimi işdə olur. Yaxın dostlar ya telefonla, ya da gedib əl tutub təbrik edirlər. Xüsusi bir təmtaraqı sevmir. O heç 50-illiyini belə qeyd etmədi”.

Qeyd edək ki, bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun doğum günüdür. Nazir 53 yaşını qeyd edir.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti