SABAH qruplarına müsabiqə başa çatdı

II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən 24 ixtisas üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılıblar. “Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib. “Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.
“İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.
Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər: