Ağır yol qəzasında 4 nəfər xəsarət alıb

Ağır yol qəzasında 4  nəfər xəsarət alıb
  14 İyul 2014    Oxunub:907
Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib.
Hadisə bu gün saat 15:30 radələrində yolun 108-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.

Acıdərə adlanan ərazidə yolun enişli hissəsində “KamAZ” markalı yük avtomobilinin əyləc sistemində yaranan problem səbəbindən sürücü idarəetməni itirib və sementlə dolu yük maşını yoldan çıxaraq qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb, daha sonra “Mercedes” və “VAZ-2107” markalı minik avtomobilləri ilə toqquşub.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Qəbələ sakini Ağarəhimov Ziya Şirvan oğlu, Qobustan sakinləri - 1983-cü il təvəllüdlü Ağayev Qalib Əliabbas oğlu, 1958-ci il təvəllüdlü Ağayev Tərlan Nadir oğlu və onun 9 yaşlı oğlu Ağayev Rəsul Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı və Qobustan rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa/


Teqlər:





Xəbər lenti