Zelenski ABŞ-ni əsas razılaşmanı əldə etmədən tərk edir - "The Times"

  Zelenski ABŞ-ni əsas razılaşmanı əldə etmədən tərk edir    - "The Times"
  27 Sentyabr 2024    Oxunub:394
Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtondan Qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə almadan qayıdacaq.
Bu fikirlər “The Times”da dərc olunan məqalədəndir. Nəşrin yazdığına görə, Zelenski prezident Cozef Bayden və vitse-prezident Kamala Harrislə görüşləri zamanı onları uzaq mənzilli “Storm Shadow” və ya ATACMS raketləri ilə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb: "O, həm də onlara müharibədə qalib gəlmək üçün plan təqdim etməli idi".

ABŞ Kiyevə 8 milyard dollarlıq hərbi yardım paketi ayırıb
Nəşr yazıb ki, ABŞ Rusiyaya uzaqmənzilli raketlərlə zərbələrin endirilməsinə dair mövqeyində dəyişiklik etməyib. Dünən Kreml rəhbəri demişdi ki, əgər Qərbin dəstəklədiyi hər hansı ölkə Rusiya Federasiyasına böyük hava hücumu həyata keçirsə, buna nüvə silahı ilə cavab veriləcək.

Amma ABŞ prezidenti Ukraynaya daha bir böyük hərbi yardım paketini təqdim etdi. Bu paketə Joint Standoff Weapon planlaşdırılan ağıllı bombaları da daxil edilib. Həmçinin Kamala Harrisin Donald Trampın Ukraynanı genişmiqyaslı müharibənin qarşısını almaq üçün Putinin tələbləri ilə razılaşmağa çağırmasını tənqid etməsi də diqqət çəkən mövzulardır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna  





Xəbər lenti