Mehriban Əliyeva Kannda görüş keçirdi

Mehriban Əliyeva Kannda görüş keçirdi
  14 İyul 2014    Oxunub:1216
Kannda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərin keçmiş meri, Fransa Milli Assambleyasının deputatı Bernar Broşənlə görüşüb.
Bernar Broşən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı növbəti dəfə Kannda görməyindən böyük məmnunluq hissi duyduğunu vurğulayıb, bu il yenidən təşkil olunan Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətini qeyd edib, onun ötən ilki kimi yüksək səviyyədə keçdiyini bildirib.

Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini təqdir edən Bernar Broşən fond tərəfindən Fransanın müxtəlif region və şəhərlərində keçirilən tədbirləri yüksək qiymətləndirib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bernar Broşənin Kannda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı ənənənin formalaşmasındakı rolunu yüksək qiymətləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti