Əsir düşən Tərtər sakinindən xəbər var

Əsir düşən Tərtər sakinindən xəbər var
  12 İyul 2014    Oxunub:949
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən əsir düşdüyü deyilən Quliyev Şahbaz Cəlal oğlu ilə bağlı bizə müraciət edib".
AzVision.az xəbər verir ki, bunu Anspress-ə Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Dövlət Komissiyası BQXK-yə etdiyi müraciətində əsir düşdüyü iddia edilən Quliyev Şahbaz Cəlal oğlu adlı şəxs haqqında kütləvi informasiya vasitələrində yayılan məlumatların aydınlaşdırılması bildirilir.

"Mediada yayılan xəbərləri araşdırağıq. Bundan sonra fakt təsdiqini taparsa, o zaman müvafiq işləri həyata keçirməyə başlayacağıq", deyə İlhaə Hüseynova bildirdi.

Qeyd edək ki, iyunun 11-də cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır.

Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.

Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.


Teqlər:





Xəbər lenti