Kosta-Rikanın qapıçısı “Bavariya”da

Kosta-Rikanın qapıçısı “Bavariya”da
  11 İyul 2014    Oxunub:1332
Almaniyanın “Bavariya” klubu Kosta-Rika millisinin qapıçısı Keylor Navasın transfer edib.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Almaniya klubu qapıçının transferi üçün İspaniyanın “Levante” klubuna 10 milyon avro ödəyib. Müqavilə şərtlərinə əsasən bu məbləğdən iki milyon avro Navasın özünə çatacaq.

Qeyd edək ki, Keylor Navas Braziliyada keçirilən Dünya Çempionatında Kosta-Rika millisnin ən yaxşı oyunçularından biri olub. Qapıçı Dünya Çempionatının beş oyununda 21 dəfə öz komandasını qoldan xilas edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti