Devid Kemeron İlham Əliyevə salam göndərdi

Devid Kemeron İlham Əliyevə salam göndərdi
  10 İyul 2014    Oxunub:810
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

O, ölkəsinin baş nazirinin Prezident İlham Əliyev ilə Haaqada görüşünü məmnunluqla xatırladığını deyib. Maykl Fallon ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Son altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə artdığını bildirən prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla bp arasında 20 illik uğurlu əməkdaşlığa toxunan dövlət başçısı enerji, infrastruktur, inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev baş nazir Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinə çatdırmağı xahiş edib.


Teqlər:  





Xəbər lenti