Lax yumurta qoxan planet aşkarlanıb

Lax yumurta qoxan planet aşkarlanıb
  09 İyul 2024    Oxunub:869
Amerikalı tədqiqatçılar Yerdən təxminən 64 işıq ili uzaqda yerləşən ekzoplanetlə bağlı maraqlı iddialar səsləndiriblər.
"EurekAlert" saytının yaydığı məlumata görə, ABŞ-nin Cons Hopkins Universitetinin tədqiqatçıları "James Webb" kosmik teleskopunun ötürdüyü məlumatlar əsasında "HD 189733 b" adlı ekzoplanetin atmosferini tədqiq ediblər. Alimlər planetin hər yerində lax yumurta qoxusunun gəldiyini bildiribər. Elm adamları bunun səbəbini ekzoplanetin atmosferində geniş yayılmış hidrogen sulfidi ilə əlaqələndiriblər. Çünki hidrogen sulfid lax yumurta kimi kəskin qoxuya malikdir.

Tədqiqatçılardan biri, astrofizik Quanqvei Fu deyib ki, temperaturu təxminən 950 dərəcə selsi olan "HD 189733 b"-də həyat əlamətləri axtarmadıqlarını, lakin hidrogen sulfidin araşdırılmasına istiqamətlənmiş bir addım olduğunu ifadə etdi. Fu bu atomosferdə hidrogen sulfidin olmasını digər planletlərin də vacib məsələlərlə bağlı araşraşdırılmasına kömək edəcəyini söyləyib. Belə ki, sulfid karbon, azot və oksigen kimi kompleks molekulların əmələ gəlməsində iştirak edir. Qeyd edək ki, araşdırmanın nəticələri “Nature” jurnalında da dərc olunub.

Süsən Kərimova
AzVision.az



Teqlər: Planet  





Xəbər lenti