Prandelli “Qalatasaray”da

Prandelli “Qalatasaray”da
  08 İyul 2014    Oxunub:1296
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli Türkiyənin “Qalatasaray” klubuna baş məşqçi təyin olunub.
AzVision.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verir.

İtaliyalı mütəxəssis artıq İstanbuldadır. Bu gün onun klubun baş məşqçisi kimi ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Daha əvvəl baş məşqçinin Türkiyə klubu ilə iki illik müqavilə bağlayacağı barədə xəbər yayılmışdı. O, il ərzində 4,5 milyon avro qazanacaq.

Prandelli 2010-2014-cüillərdə İtaliya millisinə rəhbərlik edib. İtaliya millisi ilə birgə 2012-c ildə Avropa çempionatının gümüş, 2013-cü ildə isə Konfederasiyalar kubokunun bürünc mükafatını qazanıb. Milli komanda ilə yanaşı Prandelli “Fiorentina”, “Roma”, “Parma”, “Verona”, “Leççe”, “Atalanta” klublarına rəhbərlik edib.

Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti