Aİ-nin 8 ölkəsi Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırmağa çağırdı

   Aİ-nin 8 ölkəsi Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırmağa çağırdı
  13 İyun 2024    Oxunub:810
Avropa İttifaqına üzv səkkiz ölkənin xarici işlər nazirləri Rusiya diplomatlarının blok daxilində sərbəst hərəkətini məhdudlaşdırmağa və onlara yalnız akkreditə olunduqları dövlət daxilində hərəkət etmələrinə icazə verməyə çağırıblar
AzVision.az bu barədə "Reuters”ə istinadən xəbər verir.

"Bir ev sahibi dövlətdə akkreditə olunmuş Rusiya diplomatik və xidməti pasportlarının sahiblərinin Şengen zonasında sərbəst hərəkəti zərərli fəaliyyətləri asanlaşdırır”, - Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrelə göndərilən birgə məktubda deyilir.

"Reuters”in məlumatına görə, bu məktubu artıq Çexiya, Danimarka, Estoniya, Latviya, Litva, Niderland, Polşa, Rumıniya və Çexiyanın xarici işlər nazirləri imzalayıblar.

Nazirlər həmçinin qeyd ediblər ki, kəşfiyyat, təbliğat və ya hətta təxribat aktlarının hazırlanması Aİ-də çox sayda rusiyalı "diplomatlar” üçün əsas iş yüküdür”.

"Biz hesab edirik ki, Aİ qarşılıqlılıq prinsipinə ciddi riayət etməli və Rusiya diplomatik missiyalarının üzvlərinin və onların ailə üzvlərinin yalnız akkreditə olunduğu dövlətin ərazisinə hərəkətini məhdudlaşdırmalıdır. Bu tədbir rus agentləri üçün əməliyyat məkanını əhəmiyyətli dərəcədə daraldacaq”, - nazirlər qeyd edirlər.

AzVision.az



Teqlər:   Rusiya  





Xəbər lenti