MTRŞ-dan azan qadağası ilə bağlı Açıqlama

MTRŞ-dan azan qadağası ilə bağlı Açıqlama
  05 İyul 2014    Oxunub:805
Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası efirində Ramazan ayında azanın səsləndirilməsinin qadağan olunmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, MTRŞ sədri N.Məhərrəmli publika.az-a açıqlamasında deyib ki, Azərbaycan dünyəvi ölkədir və burada kim nə istəyirsə, onu edə bilməz. “Azanlar yalnız dini ibadət edilən binalarda, yerlərdə olmalıdır. Yoxsa ki hər kəs öz evində, televiziya kanalında, radiosunda və sairə azan verməli deyil. Ümumiyyətlə, bu məsələni jurnalistlər də anlayışla qarşılamalıdır. Yəni, bu məsələni lazım olmayan formada işıqlandırmaq bütövlükdə heç kəsə faydalı deyil. Yaxşı olar ki, azan ancaq dini ibadət olan yerlərdə, o cümlədən məscidlərdə verilsin. Yoxsa sabah kim harda istəsə, azan verər. Bu isə düzgün deyil”.

Xatırladaq ki, sözügedən məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin İçərişəhərdəki məscidlər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli AzNews.az-a açıqlmasında deyib ki, İslam dinin atributu olan azanın Ramazan ayında ANS kanalında səsləndirilməsi təmin olunacaq: “Azan İslam dinin atributlarındandır və onun Azərbaycanda səsləndirilməsi də bir müsəlman ölkəsi kimi vacibdir. Hesab edirəm ki, azanın ANS-də səsləndirilməməsinin səbəblərini araşdırmaq lazımdır. Mən bunun təfərrüatın bilmirəm və bu haqda geniş heç nə deyə bilmərəm”.

Məsələ ilə bağlı ANS tərəfi hələlik mövqeyini bildirməyib.


Teqlər:





Xəbər lenti