Telman İsmayılovun pulları əlindən alındı
AzVision.az “Gazeta.ru” ya istinadən xəbər verir ki, məhkəmə bu qərarı “Manqazey” qrupunun sahibi Sergey Yançukova məxsus “Sezaria LTD” şirkətinin iddiası əsasında qəbul edib. Şirkətin məhkəməyə təqdim etdiyi iddianaməyə əsasən, Telman İsmayılovu 135 milyon dollar krediti və kredit faizlərini ödəməyə məcbur etmək xahiş olunur.
Bundan əlavə şirkət İsmayılovdan borcun alınması məqsədilə London Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, bu məhkəminin qərarı 158 ölkənin ərazisində yerinə yetirilir və bu ölkələrdə borclu şəxsin əmlakına həbs qoymağa imkan verir.
Eldar Tanrıverdiyev