Səyyar “ASAN xidmət” Beyləqanda

Səyyar “ASAN xidmət” Beyləqanda
  05 İyul 2014    Oxunub:796
330 mindən artıq sakin xidmətlərdən yararlana biləcək.
“ASAN xidmət”dən AzVision.az-a verilən məlumata görə, 7 – 19 iyul tarixində Beyləqan, İmişli, Füzuli rayonlarının 330 000-dən artıq sakini Səyyar “ASAN xidmət”dən Beyləqan rayonunda yararlana biləcək.

“Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur”, - məlumatda deyilir.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Teqlər:





Xəbər lenti