Türkiyədə tutulan naxçıvanlı rəis azadlığa çıxdı

 Türkiyədə tutulan naxçıvanlı rəis azadlığa çıxdı
  04 İyul 2014    Oxunub:940
Ötən ilin dekabr ayında Türkiyənin Naxçıvanla sərhəddəki Dilucu gömrük məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunan Sədərək gömrük idarəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa çıxıb.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, azərbaycanlı məmur bir neçə saat öncə sərbəst buraxılıb.

Qeyd edək ki, M.Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı.


Teqlər:  





Xəbər lenti