Putin Söyün Sadıqovu vəzifəsindən çıxardı

Putin Söyün Sadıqovu vəzifəsindən çıxardı
  27 İyun 2014    Oxunub:852
Rusiya prezidenti Vladimir Putin Millətlərarası Münasibətlər Şurasının yeni tərkibini təsdiq edib.
Prezidentin sərəncamı ilə Rusiya Prezidenti yanında Şuraya "Azərros" Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Asif Məhərrəmov və Rusiya baş nazirinin müavini Aleksandr Xloponin daxil olublar.

A. Xloponin Şura sədrinin müavini vəzifəsini də tutacaq.

Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü olan Ramazan Abdullatipov, Söyün Sadıqov, Dmitri Kozak, İsmayil Caraştiyev və İqor Levitin isə Şuradan çıxarılıblar.(apa)


Teqlər:





Xəbər lenti