“15 minə qədər məktəbli işləyir”

“15 minə qədər məktəbli işləyir”
  17 Aprel 2013    Oxunub:1167
“Hesab edirik ki, uşaqlarda nəzəri biliklərdən başqa onların intelektinin ortaya çıxarılması, istedadının aşkarlanması üçün bu cür dərnəklərdə fəaliyyət göstərməsi məqsədəuyğundur”
Bu gün Heydər Əliyev adına liseydə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin yaradıcılıq işlərinə respublika baxış müsabiqəsi keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə iştirak edən təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında bildirib ki, respublikamızda fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnəklərində çalışan uşaqların əl işlərinin, yaradıcılıq işlərinin respublika müsabiqəsinin qalibləri bu gün mükafatlandırılacaq.

Nazirin müavininin sözlərinə görə, bu müsabiqəyə respublikanın 45 rayonundan 180 iş son mərhələyə təqdim olunub.

“Onların içərisindən 45 nəfər müxtəlif yerlər üzrə mükafatlandırmaya layiq görülüblər. Bütövlükdə texniki yaradıcılıq mərkəzlərində məktəbdənkənar müəssisələr olaraq respublikada 15 minə qədər məktəbli şagird çalışır. Hesab edirik ki, uşaqLarda nəzəri biliklərdən başqa onların intelektinin ortaya çıxarılması, istedadının aşkarlanması üçün bu cür dərnəklərdə fəaliyyət göstərməsi məqsədəuyğundur.

Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, belə dərnəklərdə yaradıcılıq mərkəzlərində çalışan uşaqlar sonrakı həyatlarında peşə seçimlərində dəqiq elmlərə və fundamental elmlərə texniki elmələrə xüsusilə də respublikamızda ehtiyac duyulan mühəndis kadrlarına ciddi ehtiyac vardır.

Şagirdlər də məhz bu sahələrə marağın artırılmasında fəaliyyət hesab edirik ki, əvəzolunmaz rol oynayır”.

Anar


Teqlər:  





Xəbər lenti