Verdiyimiz şəhidlərin SİYAHISI

  17 Aprel 2013    Oxunub : 7426
Verdiyimiz şəhidlərin SİYAHISI
Siyahı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin saytına yerləşdirilib
Qarabağ müharibəsində və atəşkəs dövründə hərbi xidmət zamanı cəbhədə şəhid olmuş şəxslərin, Milli Qəhrəmanların, Böyük Vətən Müharibəsində iştirak etmiş və hazırda yaşayan veteranların da siyahısını hazırlanıb.

AzVision.az xəbər verir ki, siyahı Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) saytına (seferberlik.gov.az) yerləşdirilib.

İstənilən adın üzərinə tıklamaqla həmin rayonun verdiyi şəhidlərin siyahısı açılır. Siyahıda hərbi xidmət zamanı və döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin rütbəsi, adları, şəhidin harada həlak olması, dəfn edilməsi, ailəsinin məskunlaşdığı yer qeyd edilib.

Saytda həmçinin hazırda yaşayan böyük vətən müharbəsi iştirakçıları keçdiyi döyüş yolu, Milli qəhrəmanlar haqqında informasiya da yerləşdirilib.

Siyahıya buradan baxa bilərsiniz.

AzVision.az

Teqlər: