Prezidentin səlahiyyətlərinin artırılmasına YAP-dan reaksiya

  17 Aprel 2013    Oxunub : 627
Prezidentin səlahiyyətlərinin artırılmasına YAP-dan reaksiya
Əli Əhmədov: “Prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır”.

Əli Həsənov: “Belə təşəbbüsə ehtiyac da yoxdur”.


Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli ƏhmədovPrezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidentinin səlahiyyət müddətinin 7 ilə qaldırılacağı xəbərinə münasibət bildiriblər.

Azvision.az-ın məlumatına görə, Əli Əhmədov bildirib ki, “Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır.

Əli Əhmədovun sözlərinə görə, “Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilib və bununla əlaqədar hər hansısa dəyişikliyin həyata keçirilməsi yalnız Konstitusiyada dəyişiklik olacağı təqdirdə mümkündür.

Əli Həsənov isə məsələyə belə münasibət bildirib:

“Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılmasını yalnız referendum yolu ilə həll etmək olar:
Gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldırdığı təqdirdə, bu müddət artırıla bilər. Hazırda isə belə bir təşəbbüs yoxdur”.


Teqlər: