“Sərkisyan üçün Azərbaycana qarşı vuruşmayacağıq”

“Sərkisyan üçün Azərbaycana qarşı vuruşmayacağıq”
  17 Aprel 2013    Oxunub:725
Erməni hərbiçiləri dövlətin onlara biganəliyindən şikayətçidirlər.
Bir zamanlar Qarabağda neçə-neçə igid Azərbaycan oğullarının qanını tökərək ana-bacılarımızı gözü yaşlı qoyan keçmiş erməni hərbiçiləri, “Qarabağ qəhrəmanları” indi özləri ağlar günə qalıblar. Bir tikə çörəyə möhtac olan bu ermənilərin yaşamağa yerləri belə yoxdur. Üstəlik onlar Azərbayan torpaqlarında məskunlaşmaq üçün Sərkisyan hökumətinə yalvarırlar.

“O torpaqlar uğrunda qan tökmüşük, canımızdan keçmişik. İndi heç olmazsa bizə başımızı soxmağa bir yer versinlər. Bu hökumət üçün döyüşdüyümüzə peşmanıq. İndi bir parça çörək pulu qazanmaq üçün Rusiyada fəhlə işləyirik. Orada kilsə tikirik. Demək istədiyimiz budur ki, ruslar bizə qiymət verir, Ermənistan hökuməti isə yox. Azərbaycanla Ermənistan arasında müharibə başlasa biz bir də əlimizə silah almayacağıq! Sərkisyan kimiləri üçün günahsız qanını tökən deyilik”-deyə müharibə iştirakçısı “Maapartner” bölməsinin komandiri Artur Nikoqosyan deyir.

“Arabo” və “Maapartner” hərbi bölməsinin keçmiş zabitləri , Rusiyaya təkcə çörək dalınca deyil, məhz “Ermənistan kimi bir ölkədə yaşamaq istəmədiklərinə görə” getdiklərini bildirirlər -“3 ildir ki, Rusiya üçün işləyirik, lakin 45 il Ermənistana qulluq etmişik. Bu ölkədəki hər kəsdən incimişik, lakin səsimizi çıxarmırıq. Orada baş verən haqsızlıqları saymaqla bitməz ki...”

“Biz əl-qolumuz sallayıb otura bilmərik. Haqqımızı tələb edirik. Ermənistan hökuməti bizə cavab verməli olacaq!”

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti